FƏRDİ MƏLUMATLARIN İŞLƏNİLMƏSİ HAQQINDA SİYASƏT

1. Ümumi müddəalar

Fərdi məlumatların işlənilməsi haqqında bu siyasət "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, 998-IIIQ nömrəli qanununun tələblərinə uyğun olaraq hazırlanmışdır və "Alqoritmika" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra Operator) fərdi məlumatlarının işlənilməsi qaydasını və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi tədbirlərini müəyyən edir.


  1. Operator vətəndaşın fərdi məlumatlarının işlənilməsi zamanı insan hüquq və azadlıqlarına riayət edilməsini, o cümlədən şəxsi həyatın, şəxsi və ailə sirrlərinin toxunulmazlıq hüququnun müdafiəsini özünün mühüm məqsədi və öz fəaliyyətinin həyata keçirilməsinin şərti kimi müəyyən etmişdir.
  2. Fərdi məlumatların işlənilməsi haqqında Operatorun bu siyasəti (bundan sonra Siyasət) Operatorun http://it-academy.az/opening veb-saytına daxil olanlar haqqında, və göstərilən saytlardan, habelə Operatorun başqa servislərindən, xidmətlərindən, proqramlarından, məhsullarından və ya xidmətlərindən (bundan sonra Servislər) istifadə edilməsi zamanı istifadəçilər haqqında əldə edə biləcəyi bütün informasiyalara tətbiq edilir.


2. Siyasətdə istifadə edilən əsas anlayışlar

  1. Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənilməsi - fərdi məlumatların hesablama texnikası vasitələrinin köməkliyi ilə işlənilməsidir;
  2. Fərdi məlumatların bloklanması - fərdi məlumatların işlənilməsinin müvəqqəti dayandırılmasıdır (işlənilmənin fərdi məlumatların dəqiqləşdirilməsi üçün tələb olunduğu hallar istisna olunmaqla);
  3. Veb-sayt – internet şəbəkəsində http://it-academy.az/opening şəbəkə ünvanı üzrə qrafika və informasiya materiallarının, həmçinin və onların əlçatanlığını təmin edən məlumat bazalarının məcmusudur;Fərdi məlumatların informasiya sistemi - məlumat bazalarında mövcud olan fərdi məlumatların və onların işlənilməsini təmin edən informasiya texnologiyalarının və texniki vəsaitlərin məcmusudur;
  4. Fərdi məlumatların adsızlaşdırılması - nəticəsində əlavə informasiyadan istifadə etmədən fərdi məlumatların konkret İstifadəçisinə və ya fərdi məlumatların digər subyektinə məxsus olmasının müəyyən edilməsinin qeyri-mümkün olduğu hərəkətlərdir;
  5. Fərdi məlumatların işlənilməsi - avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya belə vasitələrdən istifadə etməməklə fərdi məlumatlarla icra edilən istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu, o cümlədən fərdi məlumatların yığılması, qeydə alınması, sistemləşdirilməsi, toplanması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə edilməsi, verilməsi (yayılması, təqdim edilməsi, icazə verilməsi), adsızlaşdırılması, bloklanması, silinməsi, məhv edilməsi deməkdir;
  6. Operator – fərdi məlumatların işlənilməsini müstəqil həyata keçirən, həmçinin fərdi məlumatların işlənilməsi məqsədlərini, işlənilməli olan fərdi məlumatların tərkibini, fərdi məlumatlarla aparılan hərəkətləri (əməliyyatları) müəyyən edən "Alqoritmika.Azərbaycan" MMC-dir;
  7. Fərdi məlumatlar – bilavasitə və ya dolayısı ilə http://it-academy.az/opening veb-saytından müəyyən edilən İstifadəçiyə aid olan istənilən məlumatdır;
  8. İstifadəçi – http://it-academy.az/opening hər hansı bir istifadəçisidir;
  9. Fərdi məlumatların təqdim edilməsi - fərdi məlumatların müəyyən şəxsə və ya müəyyən şəxslər dairəsinə açıqlanmasına istiqamətlənmiş hərəkətlərdir;
  10. Fərdi məlumatların yayılması - fərdi məlumatların qeyri-müəyyən şəxslər dairəsinə açıqlanmasına istiqamətlənmiş hər hansı bir hərəkətlər (fərdi məlumatların verilməsi) və ya fərdi məlumatlarla qeyri-müəyyən şəxslər dairəsinin tanış edilməsi, o cümlədən fərdi məlumatların kütləvi informasiya vasitələrində yayılması, informasiya - telekommunikasiya şəbəkələrində yerləşdirilməsi və ya hər hansı başqa bir vasitə ilə fərdi məlumatlarla tanış olmasına imkan verilməsi deməkdir;
  11. Fərdi məlumatların transsərhəd ötürülməsi - fərdi məlumatların xarici dövlətin ərazisinə xarici dövlərin hakimiyyət orqanına, xarici fiziki şəxsə və ya xarici hüquqi şəxsə ötürülməsidir;
  12. Fərdi məlumatların məhv edilməsi - nəticəsində fərdi məlumatların dönməz olaraq gələcəkdə fərdi məlumatların məzmununun bərpa edilməsi mümkün olmayan bir şəkildə fərdi məlumatların informasiya sistemində məhv edildiyi hər hansı bir hərəkətlərdir və (və ya) nəticəsində fərdi məlumatların maddi daşıyıcılarının məhv edildiyi hərəkətlərdir.



3. Operator İstifadəçisinin aşağıda göstərilən fərdi məlumatlarını işləyə bilər.

  1. Soyadı, adı, atasının adı;
  2. Cinsi
  3. Vətəndaşlığı
  4. Elektron ünvan;
  5. Telefon nömrələri;
  6. Yaşadığı şəhər və yer;
  7. İstifadəçinin digər əlaqə məlumatları
  8. Fotoşəkillər;
  9. İstifadəçinin internet statistika servislərinin (Quql Analitika və digərləri) köməkliyi ilə ondan istifadə edən zaman Saytın proqram təminatının avtomatik topladığı texniki informasiya (daxil olan şəxslər haqqında adsızlaşdırılmış məlumatlar (o cümlədən "cookie" faylları).

Yuxarıda göstərilən məlumatlar Siyasətin mətnində bundan sonra Fərdi məlumatlar ümumi anlayışı ilə ümumiləşdirilmişlər.

4. Fərdi məlumatların işlənilməsinin məqsədləri

  1. İstifadəçisinin fərdi məlumatlarının işlənilməsinin məqsədi - elektron məktubların, zənglərin, sms-məlumatların, müxtəlif messencerlərin köməkliyi ilə məlumatların göndərilməsi vasitəsilə İstifadəçisinin məlumatlandırılması; mülki-hüquq müqavilələrinin bağlanması, icra edilməsi və xitam verilməsi; İstifadəçisinə veb-saytda olan servislərdən, informasiyadan və/və ya materiallardan istifadə imkanının verilməsi; Servislərin keyfiyyətinin, onlardan istifadənin rahatlığının artrılması, yeni Servislərin hazırlanmasıdır.
  2. Həmçinin Operator İstifadəçiyə yeni məhsullar və xidmətlər, xüsusi təkliflər və müxtəlif hadisələr haqqında bildirişlər göndərmək hüququna malikdir. İstifadəçisi hər bir zaman it-academy@alg.team elektron poçt ünvanına "Yeni məhsullar və xidmətlər, və xüsusi təkliflər haqqında bildirişlərdən imtina" qeydi ilə Operatora məktub göndərərək, məlumat xüsusiyyətli bildirişlər almaqdan imtina edə bilər.
  3. İnternet statistika servislərinin köməkliyi ilə toplanan İstifadəçilərinin adsızlaşdırılmış məlumatları İstifadəçilərinin saytda hərəkətləri haqqında məlumatların toplanmasına, saytın və onun məzmununun keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.
  4. İstifadəçiləri haqqında məlumatlar bilavasitə İstifadəçiləri ilə bağlanmış müqavilələr üzrə Operatorun mülki-hüquq öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində işlənilir.
  5. Operator ilə lisenziya müqaviləsi bağlanması vasitəsi ilə istifadə hüququ verilmiş üçüncü şəxslər ilə müqavilə bağlamış İstifadəçilərinin fərdi məlumatlarına münasibətdə Operator bağlanmış lisenziya müqavilələri üzrə öhdəliklərinin icra edilməsi üçün belə üçüncü şəxsin tapşırığı ilə fərdi məlumatların işlənməsi funksiyasını yerinə yetirir. Belə İstifadəçilərinin bütün sorğuları, pretenziyaları və bildirişləri belə üçüncü şəxsə ünvanlanmalıdır.
  6. Əgər, İstifadəçi istifadə hüququnun Operator ilə lisenziya müqaviləsi bağlanması yolu ilə üçüncü şəxsə verildiyi ərazidə Servislər əldə etməkdə maraqlıdırsa o zaman Operator İstifadəçidən alınmış fərdi məlumatları İstifadəçiyə Servislərdən istifadə etmək imkanının verilməsi daxil olmaq imkanı əldə edilməsi üçün üçüncü şəxsə verir.
5. Fərdi məlumatların işlənilməsinin hüquqi əsasları

  1. Operator İstifadəçinin fərdi məlumatlarını yalnız onlar İstifadəçi tərəfindən müstəqil olaraq http://it-academy.az/opening saytında yerləşdirilmiş xüsusi formalarda doldurulduqda və/və ya göndərdikdə işləyir. Müvafiq formaları doldurmaqla və/və ya öz fərdi məlumatlarını Operatora göndərməklə İstifadəçi bu Siyasət ilə özünün razı olduğunu ifadə edir.
  2. Operator İstifadəçilərinin fərdi məlumatlarını bağlanmış mülki-hüquqi müqavilələri əsasında işləyir. Belə müqavilələr bağlandığı zaman İstifadəçisi bu Siyasətlə razı olduğunu bildirir.
  3. Operator İstifadəçinin brauzerinin sazlamalarında icazə verildiyi halda ("cookie" faylarının saxlanılması və JavaScript texnlogiyalarından istifadə edilməsi) İstifadəçiləri haqqında adsızlaşdırılmış məlumatları işləyir.


6. Fərdi məlumatların yığılması, saxlanılması, ötürülməsi və digər növ işlənilməsi qaydası

  1. Operatorun işlədiyi fərdi məlumatların təhlükəsizliyi fərdi məlumatların mühafizəsi sahəsində qüvvədə olan qanunvericilik tələblərinin tam həcmdə icra edilməsi üçün zəruri olan hüquqi, təşkilati və texniki tədbirlərin həyata keçirilməsi yolu ilə təmin edilir.
  2. Operator fərdi məlumatların saxlanılmasını təmin edir və fərdi məlumatlara səlahiyyətli şəxslərin daxil olmasını istisna edən bütün mümkün tədbirləri görür.
  3. Aşağıda göstərilən hallar istisna olmaqla İstifadəçisinin fərdi məlumatları heç bir şərtlə üçüncü şəxslərə verilməyəcəkdir:
  4. İstifadəçisi belə hərəkətlərə öz razılığını bildirmişdir:
  • Fərdi məlumatların verilməsi İstifadəcisinin müəyyən servisdən istifadə etməsi İstifadəçisi ilə bağlanmış müəyyən sazişin və ya müqavilənin icra edilməsi üçün tələb olunur. Belə hallara, o cümlədən fərdi məlumatların müxtəlif CRM-sistemlərində, IP-telefoniyada və servislərin işinin və fəaliyyətinin həyata keçirilməsi üçün lazım olan digər sistemlərə ötürülməsi və onlarda saxlanılması aiddir;
  • Fərdi məlumatların ötürülməsi Azərbaycan qanunvericiliyi və ya müəyyən edilmiş qanunvericilik proseduru çərçivəsində tətbiq edilən qanunvericiliklə nəzərdə tutulmuşdur;
  • Belə ötürmə Operatorun biznesinin (tam və ya qismən) satılması və ya verilməsi zamanı baş verir, bu zaman əldə edənə onun aldığı fərdi informasiya ilə bağlı hazırkı Siyasətin şərtlərinə əməl edilməsi üzrə bütün öhdəliklər keçir;
  • Belə ötürmə müəyyən ərazidə Operator ilə lisenziya müqaviləsi bağlamaqla istifadə hüququ verilmiş üçüncü şəxsin dəyişməsi və ya əvəz edilməsi zamanı da baş verir. Müəyyən ərazidə Operator ilə lisenziya müqaviləsinin bağlanması ilə istifadə hüququ verilmiş yeni tərəfdaşa Operator fərdi məlumatları ötürə bilər. Həmin tərəfdaşın aldığı fərdi məlumatlar ilə bağlı bu Siyasətin şərtlərinə əməl edilməsi üzrə bütün öhdəliklər də ona keçir.
  • İstifadəçisi Operator ilə bağlanmış müqavilələrdə və razılaşmalarda müəyyən edilmiş qaydaları, habelə həmçinin bu Siyasəti pozduqda Operatorun və ya üçüncü şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi imkanının təmin edilməsi məqsədi ilə.
  • İstifadəçisinin fərdi məlumatlarının işlənməsi nəticəsində onun adsızlaşdırılması ilə adsızlaşdırılmış statistika göstəriciləri əldə edilmişdir, həmin göstəricilər Operatorun tapşırığı ilə araşdırılma aparılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün üçüncü şəıxsə verilir.
  • Fərdi məlumatlarda yanlışlıqlar aşkar edildikdə İstifadəçi Operatorun it-academy@alg.team elektron poçt ünvanına "Fərdi məlumatların aktuallaşdırılması" qeydi ilə Operatora bildiriş göndərməklə onları özü aktuallaşdıra bilər.

3. Fərdi məlumatların işlənilməsi müddətində məhdudiyyət yoxdur. İstifadəçi Operatorun it-academy@alg.team elektron poçt ünvanına "Fərdi məlumatların işlənilməsinə razılığın geri götürülməsi" qeydi ilə Operatora bildiriş göndərmək ilə fərdi məlumatların işlənilməsinə verdiyi razılığını istənilən an geri götürə bilər. Bu zaman belə razılığın geri götürülməsi Operatorun bəzi servislərindən istifadənin və İstifadəçiləri ilə bağlanmış müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsinin mümkün olmamasına səbəb ola bilər.



7. Fərdi məlumatların transsərhəd ötürülməsi


  1. Fərdi məlumatların transsərhəd ötürülməsini həyata keçirməyə başlayana qədər operator əmin olmalıdır ki, fərdi məlumatların ötürülməsinin həyata keçirilməsi ehtimal edilən ərazinin xarici dövlətində fərdi məlumat subyektlərinin hüquqlarının etibarlı qorunması təmin edilir.
  2. Yuxarıda göstərilən tələblərə cavab verməyən xarici dövlətin ərazisinə fərdi məlumatların transsərhəd ötürülməsi yalnız fərdi məlumat subyektinin onun fərdi məlumatlarının transsərhəd ötürülməsinə yazılı şəkildə razılığı olduqda və ya fərdi məlumat subyektinin tərəf olduğu müqavilə icra edildikdə həyata keçirilə bilər.


8. Yekun müddəalar


  1. İstifadəçi onun fərdi məlumatlarının işlənməsinə aid olan istənilən izahı Operatora it-academy@alg.team. elektron poçtunun köməkliyi ilə müraciət edərək ala bilər.
  2. Bu sənəddə Operator tərəfindən fərdi məlumatların işlənilməsi siyasətinə edilmiş hər hansı bir dəyişikliklər əks olunacaqdır. Siyasət müddətsizdir və yeni versiyası ilə əvəz edilənə qədər etibarlıdır.
  3. Siyasətin aktual versiyası ilə http://it-academy.az/privacypolicy-opening ində ünvanda İnternet şəbəkəsində sərbəst şəkildə tanış olmaq olur.